İngiltərə hakimlər təşkilatı “Liverpul”un matçında arbitrin ciddi səhvə yol verdiyini etiraf edib

İngiltərə hakimlər təşkilatı “Liverpul”un matçında arbitrin ciddi səhvə yol verdiyini etiraf edib

İngiltərədə peşəkar matçlarda hakimliyi təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) təşkilatı hakimin “Tottenhem” – “Liverpul” matçında sayılmayan qolla bağlı ciddi səhvə yol verdiyini etiraf edib.

“QELEBE.AZ” “BBC Sports”a istinadən xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.

“PGMOL ciddi insani səhvə yol verildiyini etiraf edir”, - bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, qurum insidentlə bağlı tam yoxlama aparacaq.

“Luis Diasın qolu hakimlər briqadasının qeydə aldığı ofsayda görə sayılmayıb. Bu, VAR tərəfindən qolun verilməsi ilə nəticələnməli olan açıq və aşkar faktiki səhv idi, lakin VAR müdaxilə edə bilmədi”, - sənəddə bildirilib.

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun təşkilatın bu etirafına reaksiyası gecikməyib: “Bunun kimə faydası var?”.

Oyundan sonrakı mətbuat konfransında almaniyalı mütəxəssis keçmişdə də bənzər səhvlərin olduğunu və nəticədə heç nəyin dəyişmədiyini xatırladıb. Eyni zamanda, Klopp komandası ilə fəxr etdiyini və indiyədək “belə ədalətsiz və ağlasığmaz qərarların verildiyi” oyun görmədiyini vurğulayıb.

Qeyd edək ki, Londonda baş tutan "Tottenhem" - "Liverpul" matçı ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, "qırmızılar"ın son vaxtlar hakimlər briqadası ilə yaşadığı ilk olay deyil. Aprel ayında yan hakim Mersisayd təmsilçisinin müdafiəçisi Endrü Robertsonu dirsəklə vurduğuna görə hakimlikdən uzaqlaşdırılmışdı.

Futbol
"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
PSJ rəhbərliyi qışda Ronaldunu transfer etmək istəyir

PSJ rəhbərliyi qışda Ronaldunu transfer etmək istəyir

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub