“Sabah”ın sabiq baş məşqçisi: “Komandanın toparlanmaq üçün bir qələbəyə ehtiyacı var”

“Sabah”ın sabiq baş məşqçisi: “Komandanın toparlanmaq üçün bir qələbəyə ehtiyacı var”

“Sabah”ın toparlanmaq üçün bir qələbəyə ehtiyacı var”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev komandanın cari mövsümdəki çıxışına münasibət bildirərkən deyib.

42 yaşlı mütəxəssis Bakı klubunun cari mövsüm Premyer Liqada uğursuz çıxışını yayda heyətdə edilən dəyişikliklərlə əlaqələndirib: “Ötən mövsüm başa çatandan “Sabah” üç əsas oyunçusunu itirdi. Abdulaye Ba müdafiə xəttini idarə edirdi, Aleksey Kaşuk və Coy Lens Mikels isə hücumda aparıcı rol oynayırdılar. Onlar komandanın sütunu idilər. Adlarını sadaladığım futbolçuların gedişi “Sabah”a təsir etməli idi. Bununla yeni gələnlərin zəif olduğunu demək istəmirəm. Sadəcə, komandanın formalaşması üçün zamana ehtiyacı var idi. Heyətə nə qədər güclü oyunçular gətirsən də, onların bir-birilərinə uyğunlaşmaları vaxt alır. Mənə elə gəlir ki, “Sabah”ın düşdüyü bu durum müvəqqətidir”.

Hazırda AFFA-da istedadlı futbolçuların inkişaf proqramında çalışan Ramin Quliyev “Sabah”ın tezliklə qələbələri sıralayacağına inanır: “Sabah”ın vaxt limiti dolub. Komandada sanki özünəinam itib. Bu da qələbə qazanmamaqdan qaynaqlanır. Fikrimcə, növbəti turlarda bunu reallaşdıra biləcəklər. Qarşıda hələ üç dövrə var. Ardıcıl 2-3 qələbə “Sabah”ı yenidən liderlər qrupuna yüksəldər”.

Qeyd edək ki, Ramin Quliyev 2020/2021 mövsümündə 9, 2021/2022-də isə 7 çempionat oyununda “Sabah”a rəhbərlik edib. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 6 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb