"Qəbələ"nin baş məşqçisi: "Növbəti mərhələ üçün şanslar bərabərdir"

"Qəbələ"nin baş məşqçisi: "Növbəti mərhələ üçün şanslar bərabərdir"

"Növbəti mərhələ üçün şanslar bərabərdir. Cavab görüşündə daha az səhv edən kollektiv növbəti raunda yüksələcək".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov Macarıstanın "Puşkaş Akademiya" klubu ilə heç-heçə (1:1) etdikləri UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın kifayət qədər maraqlı keçdiyini bildirib: "Hesabın ədalətli olduğunu düşünürəm. Hər iki tərəfin çoxlu qol imkanları oldu. İlk hissədə biz, ikinci yarıda rəqib üstün oynadı. Matça ağır qrafikdə hazırlaşmışdıq. 10 gün ərzində üçüncü görüşümüzə çıxmışdıq. İkinci hissədə də yorğunluq müşahidə olunurdu. Bəzi futbolçularda hər şey alındı, digərlərində yox. Buna baxmayaraq onlara inanıram və çox yaxşı mübarizə apardıqları üçün təşəkkür edirəm".

Xəlilov artıq komandaların bir-birini yaxşı tanıdığını, üstün və zəif tərəflərini yaxşı bildiyini söyləyib: "Rəqib hava toplarında, standart vəziyyətlərdə çox təhlükəlidir. Belə oynamağa imkan versək, bizi cəzalandıracaqlar. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, cavab matçı oktyabrın 25-də Macarıstanda keçiriləcək.

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır