Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub.

“QELEBE.AZ” xəbər verir ki, ötən gün yarışın final oyunu baş tutub.

16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən matçın sonunda Albaniya komandası 2-1 hesabı ilə qalib gəlib.

Oyunun sonunda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev qalib gələn Albaniya komandasına kuboku və xatirə medallarını təqdim edib.

Səfir Zaur Əhmədov finala çıxan Albaniya və Braziliya komandalarına gözəl və baxımlı oyunu nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edərək, “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin İsveçdə yaşayan bir çox ölkələrin idmansevərləri üçün maraq doğuran bir idman bayramına çevrildiyini bildirib.

Beləliklə, baş tutan turnirdə ikinci yerdə Braziliya, üçüncü yerdə isə İsveçdə yaşayan həmvətənlərimizdən ibarət Azərbaycan komandası qərarlaşıb.

Qeyd edək ki, turnir İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilib.

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
“Qarabağ” Avropada ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib

“Qarabağ” Avropada ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq