İJF: “Bir çox azərbaycanlı idmançılar kimi, Vüsal Qələndərzadə də əsl döyüşçüdür”

İJF: “Bir çox azərbaycanlı idmançılar kimi, Vüsal Qələndərzadə də əsl döyüşçüdür”

“Bir çox azərbaycanlı idmançılar kimi, Vüsal Qələndərzadə də əsl döyüşçüdür”.

“Report” xəbər verir ki, bunu redaktor Co Kruli Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytında Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatı barədə yazdığı məqalədə qeyd edib.

O, 73 kq çəki dərəcəsində dünya çempionu olan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin yüksəlişinə xüsusi yer ayırıb: “Azərbaycanlılar təzyiq altında olsalar da, qarşılaşma zamanı xal və ya penaltilərdə geri qalmaq kimi çətinliklərlə üzləşsələr də, heç vaxt təslim olmurlar və mübarizəni davam etdirirlər. Vüsal Qələndərzadənin finalda məğlub etdiyi Cek Yonezuka Yaponiyaəsilli olsa da, əsl amerikalıdır və yarış zamanı həm parterdə, həm “tachi-waza” bacarıqları ilə fərqlənərək, finala vəsiqə qazana bilib. Amerikalı idmançı böyüklərin sıralamasında 38-ci, gənclər arasında üçüncüdür”.

Müəllifin sözlərinə görə, həlledici dueldə hər iki cüdoçu həm diqqətli idi, həm də çox risk etmirdi: “Əsas vaxtda heç kim qalib gələ bilmədi. Əlavə vaxtın startından 10 saniyə sonra Qələndərzadə “seoi-nage” adlı hərəkət etdi. Azərbaycanlı cüdoçu Yonezukanın altına keçərək, onu kürəyinə çevirməyi bacardı və “ippon”la qalib gəldi. Bu, Vüsal Qələndərzadə üçün layiqli qələbə idi”.

Qeyd edək ki, daha əvvəl Azərbaycan yığmasının heyətində Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Fərdi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"