Azərbaycan millisinin Estoniyadakı açıq məşqinin vaxtı bəlli olub
AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya ilə üz-üzə gələcək Azərbaycan millisinin oyundan əvvəl keçiriləcək mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub.
"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi oktyabrın 12-də, Bakı vaxtı ilə saat 19:00-da Tallindəki “Le Kok Arena”da media nümayəndələrinin suallarını cavablandıracaq. 19:30-da isə komandanın mətbuat üçün açıq məşqi gerçəkləşəcək.
Həmin gün, Bakı vaxtı ilə saat 17:15-də meydan sahiblərinin baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı baş tutacaq, 18:00-da isə açıq məşq olacaq.
Qeyd edək ki, oktyabrın 13-də reallaşacaq Estoniya - Azərbaycan matçı saat 20:00-da start götürəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisinin-estoniyadaki-achiq-meshqinin-vaxti-belli-olub.webp











