Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

"İstəyirdik, ili yaxşı bitirək. Belə məğlubiyyət gözləmirdim. Ardıcıl qələbələrdən sonra təhlükə var idi".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Sabah"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, Bakı klubu daha əvvəl oynadıqları rəqiblərdən fərqllənir: "Digərləri bizim gücümüzə görə olmuşdu. "Sabah" buraxdığımız səhvləri bağışlamadı. Uduzmağımızın səbəbi qlobaldır. Tez fikirləşməkdə, qərar verməkdə gecikdik. Bu, bizim bəlamızdır və oyunçuların keyfiyyətindən asılıdır".

O, meydana 4 müdafiəçi ilə çıxmalarının səbəbini də açıqlayıb: "Son matçlarda bu cür oynayırdıq. Buna görə sistemi dəyişmək istəmədik. Biz çempionatımızın nə qədər yaxşı olduğunu deyirik. Amma gördüyümüz şeylər vizualdır. Oyunçuların verdikləri qərarları görə bilmirik. Qol buraxdığımız epizodlara baxanda, fərdi səhvləri, düzgün qərar verilməməsinin nəticəsini görürük. Qərarlarda olan yanlışlıq tək bizdə deyil, digər klublarda da var".

Baş məşqçinin sözlərinə görə, yeni transfer hələ oynamağa hazır deyillər: "Oyuna girib sürəti artıra biləcək futbolçularımız yoxdur. Rüfət Abdullazadəni meydana buraxdım, nə dəyişdi? Sürət artmadı".

Abasov Todor Todoroskinin ehtiyatda qalmasının səbəbi barədə danışmaq istəməyib: "Səbəblər var və açıqlamaq istəmirəm. Özümüzdə qalsın".

Mütəxəssis yeni transfer Terrens Tisdellin durumuna da toxunub: "Fasilədə burada qalıb məşq edəcək və formaya düşməsi üçün çalışacaq. Yaxşı görünür, lakin yenə də necə olduğu meydanda bilinəcək".

O, qış fasiləsində komandanı tərk edən futbolçuların olacağını istisna etməyib: "Qara siyahı" hazırdır. Amma hər şey yeni gələnlərdən asılı olacaq".

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Mostbet bukmeyker rəyi

Mostbet bukmeyker rəyi

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb