Azərbaycan güləşçisinin karyerasını bitirməsinin səbəbi bəlli olub

Azərbaycan güləşçisinin karyerasını bitirməsinin səbəbi bəlli olub

Azərbaycanın çimərlik güləşçisi Oyan Nəzərianinin idmançı karyerasını başa vurmasının səbəbi bəlli olub.

Bu barədə "Report"a 29 yaşlı pəhləvan açıqlama verib.

O, daha əvvəl də karyerasını bitirməyi planlaşdırdığını söyləyib: "Məşqçiliyə başlayandan qısa müddət sonra bu qərarı vermişdim. Sadəcə, bu il Dünya Çimərlik Oyunları təşkil edilməliydi və mənim lisenziyam var idi. Bu turnirə qatılmaq niyyətindəydim. Dünya Çimərlik Oyunları İndoneziyaya həvalə edilmişdi, amma təxirə salındı. Nə vaxt və hansı ölkədə keçiriləcəyi bəlli olmadığı üçün bu addımı atdım. Məşqçiliklə birlikdə idman karyerasını davam etdirmək bir az çətin olur".

Hazırda Azərbaycan millisinin baş məşqçisi olan Nəzəriani komandanın hazırlığına daha çox üstünlük verdiyini diqqətə çatdırıb: "Fərdi məşqlərə elə də çox vaxt ayıra bilmirdim".

Mütəxəssis dünya çempionatını 1 qızıl və 1 bürünc medalla başa vurmaları ilə bağlı danışıb: "İbrahim Yusubov ardıcıl ikinci dəfə qızıl medala yiyələnməklə hamımızı sevindirdi. Ona bundan sonrakı yarışlarda da qızıl medallar arzulayıram. Mən isə bürünc medal əldə etdim və bu mükafatla idmançı karyeramı yekunlaşdırdım. Ramiz Həsənov mükafatın bir addımlığında qaldı. Onun gələcəkdə uğurlar qazanacağına inanıram".

Mütəxəssis yığmanın qarşıdakı hədəflərindən də söz açıb: "Artıq dünya çempionatına yekun vurulub. Biz Dünya Çimərlik Oyunlarının keçiriləciy ölkənin adının açıqlanmasını gözləyirik. Növbəti hədəfimiz bu yarışda iştirakdır. Həm də növbəti dünya çempionatına hazırlaşacağıq. 2024-cü ildə bütün çəkilərdə çıxış etməyi hədəfləyirik. Güləş ölkəsi olduğumuz üçün bütün yarışlara iddialı hazırlaşmalı və ən yüksək nəticələri qazanmağı qarşıya məqsəd qoymalıyıq. Biz də bu yöndə bütün çəkilərdə idmançılarımızı yetişdirməyi və turnirlərə göndərməyi planlaşdırırıq".

Qeyd edək ki, Dünya Seriyasının beş mərhələsinin yekunlarına əsasən, İbrahim Yusubov (90 kq) qızıl, Oyan Nəzəriani (+90 kq) bürünc medal qazanıb. Onlar son olaraq Türkiyənin Muğla bölgəsində təşkil olunan turnirə qatılıblar.

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib