Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq
Azərbaycanın 4 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada start götürəcək gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Kristian Qustiuk (Moldova) / Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Pireslə (Portuqaliya) görüşəcək.
Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinlə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur.

https://qalaba.az//uploads/photo/avropa-chempionati-azerbaycan-4-cudochusu-bu-gun-tatamiye-chixacaq.webp











