AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA İntizam Komitəsi futbol üzrə I Divizionun XIV turunda keçirilən “Araz Naxçıvan” – “Neftçi-2” oyunundakı davranışlara görə, 1 baş məşqçi və 5 futbolçunu cəzalandırıb.

“Report”un məlumatına görə, matçın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan bakılıların çalışdırıcısı Rəşad Abdullayev 5 oyunluq diskvalifikasiya olunub, klub 400 manat məbləğində cərimələnib.

Həmin dəqiqədə təhqiredici hərəkət, söz və jestlər səbəbindən meydandan qovulan qonaqların futbolçusu Ülvü Mədətov 4 oyunluq cəzaya məruz qalıb, həmçinin klubunu 320 manat ziyana salıb.

Söz və hərəkətlə etiraza görə qırmızı vərəqə alan “Neftçi-2”nin digər oyunçuları Bahadur Quliyev və Hüseyn Babayevin hər birinə 1 matçlıq cəza, kluba ümumilikdə 40 manat cərimə kəsilib.

“Araz Naxçıvan” klubu da cəzasız ötüşməyib. Komandanın oyunçularından Emil Bayramov son dəqiqələrdə ikinci sarı vərəqə nəticəsində meydandan qovulduğu üçün 1 görüşlük cəza ilə üzləşib. Bu, “Araz Naxçıvan”ı 20 manat ziyana salıb. Qarşılaşmanın ardından təhqiredici hərəkət, söz və jestlər səbəbindən birbaşa qırmızı vərəqə alan naxçıvanlıların digər üzvü Vüsal Şabanov isə növbəti 3 turu buraxmalı olacaq. Onun bu davranışına görə, “Araz Naxçıvan” 160 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Araz Naxçıvan” – “Neftçi-2” oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”