İki şirkət Azərbaycan Premyer Liqası klubları ilə əməkdaşlıq etmək istəyir

İki şirkət Azərbaycan Premyer Liqası klubları ilə əməkdaşlıq etmək istəyir

İki şirkət Azərbaycan Premyer Liqası klubları ilə əməkdaşlıq etmək istəyir.

Bu barədə "Report"a "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin ötən gün baş tutan iclası ilə bağlı danışarkən deyib.

45 yaşlı funksioner həmin şirkətlərin toplantıda təqdimatla çıxış etdiklərini bildirib: "Əlavə gəlir əldə etmək, azarkeşlərlə işləmək və sair məsələlərdən danışdılar. İdman, əsasən də futbol sahəsində işlər görmək istədiklərini bildirdilər. Bu, bir növ tanışlıq idi, həm də gələcəkdə klublarla ayrı-ayrılıqda görüşlərin təşkili də müzakirə edildi".

Nəcəfov UEFA-nın AFFA ilə birlikdə təhsil layihəsinin olduğunu vurğulayıb: "Hər klubdan bir idarəçi şəxsin təhsil almaq üçün göndərilməsi gözlənilir. Klubların millidə olan futbolçularının imic məsələsi gündəmdəki mövzulardan biri idi. Çempionat və uşaq futbolu ilə bağlı klubları narahat edən məsələlərdən də danışdıq".

O, son olaraq "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun Klublar Komitəsinin sədri seçilməsinə də toxunub: "Maqsud bəyin namizədliyi müzakirə olunmuşdu. Daha sonra səsvermə baş tutdu. Klubların hamısının təcrübəsindən istifadə edilməsi, hər dəfə sədrin dəyişməsi məqsədəuyğun sayıldı. Əslində, məsələlər ümumilikdə qəbul olunur və təkliflər klublardan gəlir".

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq