UEFA Avropa Liqası: “Liverpul” Fransa klubunu darmadağın edib

UEFA Avropa Liqası: “Liverpul” Fransa klubunu darmadağın edib

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda İngiltərənin “Liverpul”u öz meydanında Fransanın “Tuluza”sını qəbul edib.

“Report” xəbər verir ki, “Enfild”də baş tutan matç “qırmızılar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab erkən açılıb. Artıq doqquzuncu dəqiqədə Dioqo Jota topu mərkəzdə ələ keçirərək cərimə meydançasına qədər götürüb, müdafiəçiləri çaşbaş salıb və dəqiq zərbə ilə topu tora göndərib. Bununla belə, Fransa təmsilçisinin cavabı gecikməyib: cəmi yeddi dəqiqə sonra niderlandlı Teys Dallinqa Kelleherin qapısına yol taparaq status-kvonu bərpa edib. Lakin bu qol “bənövşəyilər”in sonuncu uğuru olub. 31-ci dəqiqədə “Liverpul”un yaponiyalı dayaq yarımmüdafiəçisi Endo hündür boy olmamasına baxmayaraq, başla qola imza atıb. 3 dəqiqə “qırmızılar”ın üstünlüklərini 2 topa çatdırıblar: hücumçu Darvin Nunyes topu doqquzluğa göndərib.

Matçın ikinci hissəsində də ümumi mənzərə dəyişməyib. 65-ci dəqiqədə Darvin Nunyes müdafiəçi və qapıçını keçərək baxımlı qola imza atmağa yaxın olsa da, top qapı dirəyinə dəyib. Bununla belə, yaxınlıqda olan Qravenberx onu sığortalayıb və eyni müdafiəçini yenidən keçərək qol vurub. Oyunda yekun qol əlavə edilmiş 3-cü dəqiqədə vurulub: misirli Məhəmməd Salah öz qol aktivini zənginləşdirib.

Beləliklə, üçüncü turun mərkəzi matçlarından biri hesab edilən “Liverpul” – “Tuluza” birincilərin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hazırda “E” qrupuna “Liverpul” başçılıq edir: “qırmızılar” mümkün 9 xaldan hamısını toplaya biliblər. İkinci yer uğrunda mübarizə aparan “Tuluza” isə hələlik üçüncü pillə ilə kifayətlənib. Fransalıların 4 xalı var.

Xatırladaq ki, “Liverpul” son matçında Mersisayd derbisində 3 xal qazanıb.

Futbol
Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Futbol
Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib