Rüstəm Orucov Yaponiyada cüdo üzrə məşqçilik təlimində iştirak edir

Rüstəm Orucov Yaponiyada cüdo üzrə məşqçilik təlimində iştirak edir

Cüdo üzrə Azərbaycan millisinin sabiq üzvü, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir.

“QELEBE.AZ” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin əsas məqsədi texnikaların təkmilləşdirilməsinə, proqramların formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.

Yaponiya yığmasının əsas üzvləri təlimdə məşq edirlər.

R.Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub. O, bununla bağlı təəssüratlarını bölüşüb: “Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”.

Qeyd edək ki, təlim noyabrın 7-nə qədər davam edəcək.

Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Fərdi
Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Fərdi
Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib