Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub

Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Mario Balotellinin yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 32 yaşlı hücumçu İsveçrənin "Sion" klubuna keçməyə qərar verib. İtaliya yığmasının sabiq forvardının bu gün yeni klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.

Qalmaqallı oyunçu Superliqada IV turun "Umraniyespor"a 1:0 hesabı ilə qalib gəldikləri görüşündən sonra "Adana Demirspor"un baş məşqçisi Vinçentso Montellanın qəzəbinə tuş gəlib. Final fitinin ardından əsəbi formada meydana daxil olan Montella Balotellinin üzərinə yeriyib. Təcrübəli forvardla baş məşqçini araya girən rəsmi şəxslər və digər oyunçular sakitləşdiriblər.

Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəyəm".

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildən "Adana Demirspor"un formasını geyinir.

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub