İngiltərə Premyer Liqası: “Liverpul” əlavə edilmiş vaxtda məğlubiyyətdən xilas olub

İngiltərə Premyer Liqası: “Liverpul” əlavə edilmiş vaxtda məğlubiyyətdən xilas olub

İngiltərə Premyer Liqasının 11-ci turunda autsayder “Luton Taun” “Liverpul”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, dramatik keçən qarşılaşmada qollar matçın sonuna təsadüf edib.

Oyunun birinci hissəsində “qırmızılar”ın təzyiqinə baxmayaraq, qolsuz başa çatıb. İkinci hissədə isə “Liverpul”un hücumlarının kəsəri azalıb. 80-ci dəqiqədə “Liverpul”un növbəti hücumlarının birində topu ələ keçirən “papaqçılar” qonaqları əks-hücumda yaxalaraq hesabı açıblar: “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Tahit Çonq qola imza atıb. Niderlandlı futbolçuya məhsuldar ötürməni isə cari komandasında icarə əsasında oynayan “Mançester Siti”yə məxsus İssa Kabore edib. Bununla belə, Mersisayd təmsilçisi gec də olsa toparlanaraq “Luton Taun”un qapısına yol tapa bilib. Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə kolumbiyalı Luis Dias başla topu qapıya göndərərək yekun hesabı müəyyənləşdirib – 1:1. Hücumçu qolu qaçırılmış valideyninə həsr edib.

Qeyd edək ki, bu nəticədən sonra “Luton Taun” 6 xalla turnir cədvəlində 17-ci pilləyə yüksəlib. Yurgen Kloppun yetirmələri isə 24 xalla 4-cüdən 3-cü pilləyə qalxıblar.

“Papaqçılar”ın liqada növbəti oyunu səfərdə “Mançester Yunayted”ə qarşı, “Liverpul”un – evdə “Brentford”a qarşı olacaq.

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub