TBF prezidenti: “Memorandum iki ölkə badmintonunun beynəlxalq arenada yüksəlməsinə kömək edəcək”
“Bu memorandum iki ölkə badmintonunun beynəlxalq arenada layiq olduğu yerlərə yüksəlməsinə kömək edəcək. Məşqçi, idmançı təlimləri də daxil olmaqla, bir çox məsələdə birgə işbirliyi içində olacağıq”.
“Report”un məlumatına görə, bunu Türkiyə Badminton Federasiyasının (TBF) prezidenti Ərcan Yıldız Azərbaycan Badminton Federasiyası (ABF) ilə imzalanan əməkdaşlıq memorandumu barədə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda özlərini evlərindəki kimi hiss etdiklərini bildirib: “Azərbaycanda olmaqdan və bu turnirə qatılmaqdan məmnunuq. Çox gözəl yarış təşkil olundu. Bizi yüksək səviyyədə qəbul etdilər. Təşkilatçılığa rəhbərlik edən gənclər və idman nazirinə, eləcə də, Azərbaycan Badminton Federasiyasının prezidentinə təşəkkürümü bildirirəm. Özümüzü evimizdəki kimi rahat hiss etdik”.
Federasiya prezidenti Şamaxı Olimpiya İdman Kompleksində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin yüksək səviyyədə təşkil edildiyini söyləyib: “İdmançılarımız üçün yaxşı təcrübə oldu. Bu yarış badmintonçularımızın beynəlxalq təcrübələrinin artmasına kömək edəcək. Türkdilli Dövlətlər arasında əməkdaşlıq yüksək səviyyədədir. Badminton vasitəsilə bu əməkdaşlığı gücləndirmək istəyirik”.

https://qalaba.az//uploads/photo/tbf-prezidenti-memorandum-iki-olke-badmintonunun-beynelxalq-arenada-yukselmesine-komek-edecek.webp











