ÇL: 11 komanda pley-offa vəsiqəni təmin edib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan 11 komanda 1/8 finala vəsiqəni təmin edib.
QELEBE.AZ xəbər verir ki, 7-ci turun ilk oyun günündən sonra ilk "24-lük"də yer alacağı dəqiqləşən komandaların siyahısında "Real", "İnter", "Liverpul", "Atletiko", "Sportinq", "Tottenhem", "Bavariya", PSJ, "Mançester Siti", "Atalanta" və "Arsenal" yer alıb ki, bu da 1/8 finala vəsiqə qazanmağı təmin edir.
"Arsenal" "İnter" üzərində inamlı qələbədən sonra 1/8 finala yüksələn ilk komanda olub. Mikel Artetanın komandası son turda "Kayrat"a uduzarsa, mərhələ birinciliyi "Bavariya"ya keçə bilər.

https://qalaba.az//uploads/photo/chl-11-komanda-pley-offa-vesiqeni-temin-edib.webp