Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan millisinin daha üç üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, Avropa çempionu Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan idmançı inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.

Qitə çempionatının finalçısı Ruslan Qədirov (54 kq) də mərhələ adlayıb. O, 1/8 finalda italiyalı Tommaso Skiaccanı 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.

60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq. Daha əvvəl iki idmançı turnirə qələbə ilə start verib.

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"