AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) dəvəti ilə Türkiyə Dopinqlə Mübarizə Komissiyasının (TDMK) nümayəndə heyəti Azərbaycanda səfərdə olub. TDMK-nın rəhbəri professor Rüştü Günerin rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkənin milli antdopinq təşkilatları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.

Qonaqlar AMADA-nın rəhbərliyi ilə birgə əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib. Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkənin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Sonra isə AMADA-nın ofisində iki qurumun rəhbər heyətinin iştirakı ilə görüş keçirilib. Yerli qurumun direktoru Şəfəq Hüseynli qonaqları salamlayaraq bildirib ki, yerli və qlobal müstəvidə dopinqlə mübarizədə milli antidopinq təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. AMADA digər tərəfdaşlarla əlaqələrə hər zaman xüsusi əhəmiyyət verir və öz təcrübələrini bölüşməyə hazırdır.

TDMK-nın direktoru professor Rüştü Güner isə bildirib ki, AMADA-nın qısa müddət ərzində keçdiyi inkişaf yolunu böyük maraqla izləyir və təqdir edirlər. 6 il ərzində AMADA nəinki peşəkar dopinq nəzarəti sistemi yaradıb, eyni zamanda qlobal səviyyədə dopinqlə mübarizəyə töhfə verən bir qurum kimi nüfuz qazanıb. Rüştü Güner bildirib ki, TDMK üçün AMADA-nın həyata keçirdiyi beynəlxalq layihələr, dopinqlə mübarizədə tətbiq etdiyi innovativ üsullar xüsusi ilə maraq kəsb edir. Bu və digər bütün sahələrdə təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq.

Daha sonra hər iki qurumun əməkdaşları antdidopinq maarifləndirməsi, test etmə, antidopinq elmi araşdırmaları, antidopinq icraatları və antidopinq təhqiqatları sahələri ilə bağlı qarşılıqlı təqdimatlar ediblər. Müzakirələrin nəticəsi olaraq bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davamlı olaraq aparılmasına qərara verilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti AMADA-nın ölkədə fəaliyyət göstərən idman qurumlarının mətbuat katibləri üçün təşkil etdiyi antidopinq seminarında da iştirak edib. Əsas antidopinq anlayışları, antidopinq icraatlarının hüquqi aspektləri və qida əlavələrinin yaratdığı risklər mövzusunda keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən idman federasiyaları və peşəkar futbol klublarının mətbuat katibləri üçün xüsusi təqdimatlar edilib. Bu mövzularda həmçinin Türkiyə təcrübəsi ilə bağlı məlumatlar verilib, müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlar həmçinin Azərbaycan Atıcılıq Federasiyasının Bakı Atıcılıq Mərkəzində olublar. Burada Avropanın ən böyük atıcılıq mərkəzlərindən biri olan kompleks barədə qonaqlara ətraflı məlumat verilib və onlar idmançıların nümunəvi çıxışlarını izləyiblər. Sonda isə qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edib, buradakı muzey və sərgilərlə tanış olublar.

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"