Azərbaycan millisinin baş məşqçisi: "Belçika kimi komandaya qarşı 15-16 yaşlı uşaqlarla oynadıq"

Azərbaycan millisinin baş məşqçisi: "Belçika kimi komandaya qarşı 15-16 yaşlı uşaqlarla oynadıq"

"Belə güclü komandaya qarşı 20-25 dəqiqə 15-16 yaşlı uşaqlarla oynadıq".

Bunu "Report"a açıqlamasında qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya AVRO-2025-in seçmə mərhələsində Belçikaya 28:136 hesabı ilə uduzduqları oyunla bağlı danışarkən deyib.

Türkiyəli mütəxəssis həmin görüşdə istədiklərinin heç birinin gerçəkləşmədiyini və aparıcı oyunçularının zədə səbəbindən sonadək mübarizə apara bilmədiyini vurğulayıb: "İlk periodda hücum cəhdlərinin 10 faizini reallaşdıra bildik. Sonra oyunçumuz Brianna Freyzer ayaq biləyindən zədə aldı və matça davam edə bilmədi. Bunun ardından rəqibin sərt oyunu nəticəsində Alexandro Mollenhauer də sıradan çıxdı. Nəticədə belə fərq yarandı. Başverənlər bizə gələcəkdə nə edə biləcəyimizi öyrətdi. Qarşıdakı dönəmdə daha yaxşı və güclü komanda qurmaq istəyirik. Amma qadın basketbolu başlanğıc səviyyəsindədir. Nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

Evren Alkaya Litvaya 62:99 hesabı ilə yenildikləri ilk matça da toxunub: "Bu qarşılaşma zamanı komandada hər kəs sağlam idi. Heyətdə zədəli basketbolçu olmadı. Əlimizdən gələni etməyə çalışdıq. Təcrübəsiz kollektiv olduğumuz üçün çox səhvlər etdik. Amma ilk iki hissədə başabaş mübarizə apara bildik, adi səhvlərdən sonra hesabda geri düşdük. 3-4-cü periodda isə komanda yoruldu. Gənc oyunçularımız da bu səviyyəyə hazır olmadıqları üçün istədiyimiz nəticəni qazana bilmədik. Amma hər kəs bu görüşdə böyük fərq olacağını gözləyirdi. Çünki Azərbaycanın qadın basketbolu, demək olar ki, son 10 ildə beynəlxalq arenaya çıxmayıb".

Baş məşqçi oktyabrın 15-də bu vəzifəyə təyinat aldığını xatırladıb: "Həmin vaxtdan komandanı formalaşdırmağa çalışdıq. Yalnız iki basketbolçumuz Avropada çıxış edir. Alexandro Mollenhauer İspaniyada "Estudiantes", Brianna Freyzer isə Polşada "Polkovitse"nin şərəfini qoruyur. Digər bütün oyunçuların müntəzəm olaraq basketbolun içində olduqlarını deyə bilmərəm. Sadəcə, U-16 komandamızda olanlar daim məşqlər edirlər. U-16 yığmamız da C Divizionu səviyyəsindədir. Yavaş-yavaş yuxarı qalxmağa çalışırıq. Komandanı ölkəmizdəki qadın basketbolunun imkanları ilə formalaşdırdıq. Çox səviyyəli turnirdə çıxış edirik. Bizim buraya qədər çox yolumuzun olduğunu düşünürük. Amma bu yarışlara qatılanda harada olduğunu və gələcəklə bağlı hansı planlar qura biləcəyini görürsən. Bu qədər güclü yığmaların Azərbaycana gəlməsi, bizim basketbol ölkələrinin komandaları ilə mübarizəyə qoşulmağımız yaxşı başlanğıcdır".

Qeyd edək ki, Belçika millisi son Avropa çempionatının qalibidir.

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib