Rauf Əliyev: “Millimizin qalib gələcəyini heç kim gözləmirdi”

Rauf Əliyev: “Millimizin qalib gələcəyini heç kim gözləmirdi”

“Millimizin qalib gələcəyini mən də daxil olmaqla, heç kim gözləmirdi”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev komandanın Bakıda İsveçi 3:0 hesabı ilə məğlub etdiyi AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

34 yaşlı keçmiş hücumçu erkən qolların qarşılaşmada həlledici rol oynadığını düşünür: “Heç-heçəni proqnozlaşdırmaq olardı. Futbol ictimaiyyəti və azarkeşlər üçün bu nəticə sürpriz oldu. Yığmamızın erkən qolları İsveçə şok yaşatdı. Qonaqlar belə başlanğıc gözləmirdilər”.

Onun fikrincə, milli üzvləri əvvəlki görüşlərlə müqayisədə artıq daha istəkli görünürlər: “Estoniya üzərində qələbədən sonra komandamızda özünəinam yaranmışdı. Qırmızı vərəqəyə qədər sərgilənən oyun, istək, mübarizlik hamının ürəyincə oldu. Hamımızın yığmadan gözlədiyi oyun bu idi. Əvvəllər futbolçuların keyfiyyəti yaxşı olsa da, meydanda istəksiz olurdular. Ancaq bu problemi artıq aradan qaldırırlar. Görünən odur ki, komanda oyunlara yaxşı köklənə bilir”.

R.Əliyev qarşılaşmadan əvvəl ölkə futbolunundakı xidmətlərinə görə rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə ilə təltif olunmasına da münasibət bildirib: “AFFA dünən bizim üçün təltifetmə mərasimi təşkil etmişdi. Qurumun baş katibi Sərxan Hacıyevə, gənclər və idman naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm ki, bizi qiymətləndirdilər. Millidəki çıxışımıza görə bu mükafata layiq görüldük. Yığmanın da eyni gündə qələbə qazanması ikiqat sevinc oldu. İsveç kimi güclü komandaya qarşı oyunda gözəl nəticəyə imza atdılar”.

Qeyd edək ki, Rauf Əliyev 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində keçirdiyi 46 matçda 7 qol vurub. Cari tsikldə 7 oyuna 7 xal toplayan komandamız F qrupunda 4-cü pillədə qərarlaşıb. Canni De Byazinin yetirmələri qrupda son görüşü noyabrın 19-da Brüsseldə Belçikaya qarşı keçirəcəklər.

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub