Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

"Bu qələbəni şəhidlərimizə və sentyabrın 20-də anım günü olan Adil Məmmədova həsr edirik".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Qəbələdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu qələbə onlara hava-su kimi lazım idi: "Komanda 6 turda məğlub olmuşdu və bu, psixoloji cəhətdən böyük problem idi. Hesabda geriyə düşsək də, intizamı saxladıq. Futbolçularıma təşəkkür düşür. Geridönüş etdilər. Bu qələbə əlavə motivasiya verəcək. Komanda hələ istədiyim səviyyədə deyil. Çatışmazlıqlar və fiziki problemlər var. Bunları aradan götürdükdən sonra daha yaxşı, əzəmətli "Kəpəz" görəcəksiniz".

Onun sözlərinə görə, həyatda təsadüf yoxdur, hər şey zərurətdən irəli gəlir: "Kamran İbrahimov ciddi zədə alıb. Orxan Sadıqlının Premyer Liqa təcrübəsi var. Onun keyfiyyətinə bələdəm. Komandaya gəlişi "Kəpəz" üçün əlavə məsuliyyətdir. Qələbədə əməyi olan hər kəsə təşəkkür edirəm. Hər dəstək, uğur futbolçu üçün önəmlidir".

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli isə məğlubiyyəti bu cür şərh edib: "Cəbhə bölgəsində şəhid olan əsgər qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Oyunun çətin keçəcəyini bilirdik. Xallar itirsək də, heyətimizdə Qurban Səfərov, Cəlal Hüseynov, Fuad Bayramov kimi oyunçular yetişir. "Şamaxı" Azərbaycan futboluna gənc futbolçular bəxş edəcək".

O, əməliyyat olunan Amil Yunanovun durumuna da toxunub: "Bu gün Bakıya gəlib. Zədəsi ciddidir. Hardasa 2-3 ay bizimlə olmayacaq. Digər futbolçulara da şans veririk ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Heyətimizin əksər oyunçuları millinin düşərgəsində olacaqlar. Çalışacağıq ki, yaranacaq fasilədən səmərəli istifadə edək".

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb