De Byazi abırsız məğlubiyyətlə yola salınır - ŞƏRH

De Byazi abırsız məğlubiyyətlə yola salınır - ŞƏRH

Futbol millimiz daha bir tsikli başa vurdu.

Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı üçün Brüsselə ezam olunmuşduq. Bu, AFFA və "Etopaz"ın dəstəyi ilə reallaşmışdı.

Belçikadan, paytaxtın təbiətinin gözəlliyindən, iki gün bizi təqib edən yağışdan, oradakı yaşam səviyyəsindən və digər məsələlərdən söz açmayacağam. Bir gün əvvəl komandamız İsveç üzərində inamlı qələbə (3:0) qazanmış və səfərə yaxşı əhval-ruhiyyə ilə yollanmışdı. Buna baxmayaraq, sonuncu görüşdə böyükhesablı məğlubiyyətdən qaça bilmədik. 0:5 hesabı ilə uduzmağımızın çox səbəbləri var. İlk turlarda Avstriya və İsveçdən də 4-5 qol buraxdıq. Üç səfər matçı və qapımızda 14 top gördük.

Baş məşqçi Canni De Byazi isə həm Brüsseldəki oyundan əvvəl, həm də sonrakı mətbuat konfranslarında jurnalistlərin suallarına çox sərt formada cavab verirdi. Bəlkə də artıq özü də burada işinin başa çatdığını dərk edirdi. Görüşdən sonrakı konfransda isə qeyri-etik ifadələr işlətməkdən çəkinmədi. Bu sözlər tərcümə olunmadığı üçün gec xəbərdar olduq. Hətta iş o yerə çatdı ki, AFFA-nın baş katibi Sərxan Hacıyev hava limanında "mütəxəssis"ə görə media nümayəndələrindən üzr də istədi. Bu, böyük ehtimalla italiyalı baş məşqçinin yığmamızda sonuncu matçı və mətbuat konfransı idi.

4 il əvvəl, məhz elə noyabrın 19-da yığmamız AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununu keçirmişdi. Milli ilə ilk və bu vaxtadək sonuncu səfərim idi. Xorvatiyalı Nikola Yurçeviç Slovakiyaya 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılmışdı. Həmin vaxt yalnız 1 xal qazana bilmişdik. De Byazi isə böyük ümidlərlə komandanın "sükanı arxasına" keçdi.

Görəsən, bu dörd ildə nə dəyişib? 2020/2021 mövsümündə Millətlər Liqasında Lüksemburq, Monteneqro və Kiprin olduğu qrupda yalnız 1 qələbə, DÇ-2022-nin seçmə mərhələsində 1 xal, sonrakı Millətlər Liqasında qorxaq futbolla əldən verilən liderlik və AVRO-2024-üç seçmə mərhələsində rəqiblərə lazım olmayan matçlarda qələbə.

De Byazi hər qarşılaşmadan əvvəl lazımsız olsa da, rəqiblərin FIFA reytinqindəki mövqeyini qabardırdı. Onun da nəzərinə çatdıraq ki, millimizə baş məşqçi təyin olunduğu 2020-ci ilin iyulunda reytinqdə 114-cü idik. Hazırda isə 120-ci pillədəyik. Mozambik, Namibiya, Qambiya, Anqola kimi "futbol ölkələri" bizdən irəlidədir. Bakıda heç-heçə etdiyimiz, səfərdə isə qalib gəldiyimiz Estoniya 118-ci mövqedədir. Bəlkə ilk insan məskənlərindən hesab edilən Tanzaniyanı (121) üstələdiyimiz üçün sevinməliyik?

Hazırda millinin heyəti Azərbaycan yığmasının tarixində bütün dövrlərin ən yaxşısıdır. Sadəcə, bu futbolçuların potensialından düzgün istifadə etmək, layiqli oyunçuları heyətə çağırmaq, klublarında forma şansı əldə etməyənlərə dəvət göndərməmək və sair məsələlərə diqqət yetirmək lazım idi.

Sərxan Hacıyev Belçika ilə oyundan əvvəl jurnalistlərə müsahibəsində "abırlı və ya abırsız məğlubiyyət qəbuledilməzdir" demişdi. Dörd il əvvəl elə həmin gündə Yurçeviçi abırlı məğlubiyyətlə yola salmışdıq. De Byazi ilə isə abırsız məğlubiyyətlə vidalaşırıq. Ümid edirik ki, Azərbaycan millisi tarixində sonuncu böyükhesablı məğlubiyyətə şahidlik etmiş baş məşqçi kimi qalacaqsan.

Futbol
2022-ci ilin simvolik komandası açıqlanıb

2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
Neymar topuğundan zədələnib

Neymar topuğundan zədələnib

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək