AFFA Məşqçilər Komitəsinin üzvü: “U-21 millimizdə qələbə ruhu formalaşıb”

AFFA Məşqçilər Komitəsinin üzvü: “U-21 millimizdə qələbə ruhu formalaşıb”

“Məşq göstərir ki, U-21 millimizdə qələbə ruhu formalaşıb”.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukraynaya qarşı keçirəcəyi AVRO-2025-in seçmə mərhələ oyununa hazırlığı barədə danışarkən deyib.

Hazırda İspaniyada U-21 yığması ilə birgə olan 76 yaşlı mütəxəssisin fikrincə, komandanın yeganə problemi heyətdəki çatışmazlıqdır: “Komanda uzaq yol qət edərək İspaniyaya gəlib. Bakıdan İstanbula, oradan Valensiyaya uçduq. Valensiyadan isə Mursiyaya avtobusla 200 km yol gəlmişik. Buna baxmayaraq, kollektivdə əhval-ruhiyyə yaxşıdır, futbolçular istəklidirlər. Bir neçə gün əvvəl yoxlama görüşündə Latviyanı (1:0) məğlub etdiyimizdən, uşaqlarda ruh yüksəkliyi hökm sürür. Təəssüf ki, heyətdə çatışmazlıqlar var. Nəriman Axundzadə və Cəlal Hüseynov da düşərgəyə yeni qoşulublar”.

A.Mircavadov rəqibin güclü olmasına baxmayaraq, komandaya güvəndiyini bildirib: “Ukrayna qrupun lideridir, bir neçə gün əvvəl də İspaniyada Lüksemburqu böyük hesabla (4:0) məğlub edib. Baş məşqçiləri ispandır. Bununla belə, uşaqların yaxşı çıxış edəcəklərinə inanıram. Yorğun olsalar da, hərəkətlidirlər. Bu uşaqların bəziləri bir ildən sonra əsas millidə olacaqlar. Onlarla hər dəfə söhbətdə üzərlərində çox işləmək lazım olduğunu deyirəm”.

Qeyd edək ki, bu gün Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda Ukrayna 12 xalla qrupa liderlik edir. Hesabında 3 xal olan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

Futbol
Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub