Samir Əliyev: "Futbolçular döyüşdülər, layiqli mübarizə aparmağa çalışdıq"
"Uşaqlar döyüşdülər, layiqli mübarizə aparmağa çalışdıq".
Bunu "QELEBE.AZ"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev AVRO-2025-in seçmə mərhələsində Ukraynaya uduzduqları matçla bağlı danışarkən deyib.
44 yaşlı mütəxəssis qrup liderinə, güclü rəqibə qarşı oynadıqlarını bildirib: "Rəqibin heyətində yüksək səviyyəli oyunçular çıxış edirdi. Ağır qarşılaşma alındı. Ağıllı futbol oynadıq. Ukrayna daha əvvəl İngiltərə kimi kollektivə 3 qol vurub. Qrupda ən çox fərqlənən komandadır. Bizim də qol şansımız oldu, təəssüf ki, yararlana bilmədik".
Qeyd edək ki, görüş U-21 millimizin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Ukrayna 15 xalla qrup lideridir. Təmsilçimiz isə 3 xalla beşinci pillədə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/samir-eliyev-futbolchular-doyushduler-layiqli-mubarize-aparmaga-chalishdiq.webp











