Musa Qurbanlı: “Hokkeylə tanış olmaqda özüm də maraqlı idim”

Musa Qurbanlı: “Hokkeylə tanış olmaqda özüm də maraqlı idim”

“Hokkeylə tanış olmaqda özüm də maraqlı idim”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı formasını geyindiyi “Yurqorden” klubunun heyətində hokkey oyununda iştirak etməsi ilə bağlı danışarkən deyib.

21 yaşlı hücumçu bildirib ki, İsveç komandasında hər mövsümün sonunda hokkey oynamaq ənənəsi var: “İsveçdə əsas idman növləri futbol və hokkeydir. Hokkey bu ölkədə çox populyardır. “Yurqorden”in hər mövsüm bitdikdən sonra yığışıb hokkey oynamaq ənənəsi var. Burada futbolçularla yanaşı, məşqçilər, həkimlər, bir sözlə, hamı iştirak edir”.

O, hokkeydəki çətinliklərdən də söhbət açıb: “Düzdür, daha əvvəl buz üstündə konki sürmüşəm. Az da olsa, təcrübəm var idi, ayaqüstə qala bilirdim. Ancaq heç vaxt hokkey oynamamışdım. Həddən artıq çətin idman növüdür. Azərbaycan millisinin düşərgəsindən qayıdan kimi kluba getdim. Çünki məni çağırmışdılar, oynayacağımızı bilirdim. Eyni vaxtda hərəkətdə olmaq, şaybanı idarə etmək, ayaqüstə qalmaq çətindir. Bunun üçün fiziki gücün çox olmalıdır. Bəzi futbolçularımız əvvəllər də hokkey oynayıblar. Ona görə də çox yaxşı çıxış edirdilər. Mən onlarla bacarmazdım, sadəcə, maraq üçün getmişdim”.

M.Qurbanlı AVRO-2024-ün seçmə mərhələsində İsveç (3:0) və Belçika (0:5) ilə keçirilən son oyunlara da münasibət bildirib. Forvard Bakıda İsveç üzərində qələbəni xüsusi vurğulayıb: “İsveçlə görüşdə möhtəşəm qələbə qazandıq. Futbolumuz adına tarixi uğur idi. 10 nəfərlə qalmağımıza baxmayaraq, uşaqlar sona kimi gözəl mübarizə apardılar. Layiqli və parlaq zəfər oldu. Xalqımızı bu qalibiyyətlə sevindirdiyimiz üçün məmnun idik”.

Azərbaycan millisinin üzvü Brüsseldə Belçikaya məğlubiyyəti isə heyətdəki itkilər və Eddi İsrafilovun qırmızı vərəqə alması ilə əlaqələndirib: “İsveçlə oyundan sonra kollektivdə özünəinam artmışdı. Belçika ilə matça da ümidli idik. Ancaq itkilərimiz var idi. Bəhlul Mustafazadə və Ramil Şeydayevin yoxluğunu hiss etdik. Üstəlik, birinci hissədə aldığımız qırımızı vərəqə matçın taleyini kökündən həll etdi. Çünki rəqibimiz ustalıq səviyyəsi yüksək olan, dünya ulduzlarından qurulan komanda idi. Fərdi keyfiyyətləri çox yüksəkdir. Onlara qarşı 10 nəfərlə mübarizə aparmaq çətin oldu. Belə alınmasını heç kim istəməzdi. İsveç üzərində qələbədən sonra Belçikadan da yaxşı nəticə ilə dönməyi arzulayırdıq. Nəticə bizi məyus etdi. Bundan sonra isə üzərimizdə daha çox işləməklə önümüzə baxmağa çalışacağıq”.

Qeyd edək ki, Musa Qurbanlı İsveç və Belçika ilə oyunlara çağırılmasına baxmayaraq, meydana çıxmayıb. Milli yer aldığı F qrupunda 7 xalla 4-cü yeri tutub.

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”