Azərbaycan basketbol millisinin baş məşqçisi: “Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

Azərbaycan basketbol millisinin baş məşqçisi: “Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev ötən gün komandanın baş məşqçisi təyin olunub.

Mütəxəssis yığmanın “sükanı arxasına" keçməklə yanaşı, “NTD-İndiqo”da klubunda da fəaliyyətini davam etdirəcək.

Millidə ilk sınağını 2024-cü ilin fevralında verəcək çalışdırıcı “Report”a müsahibəsində həm yığma, həm də klubla bağlı hədəfləri açıqlayıb.

- Vaxtilə formasını geyindiyiniz milliyə rəhbərlik edəcəksiniz. Bu necə hissdir?
- Millinin baş məşqçisi təyin olunduğum üçün qürur hissi keçirirəm. Millidəki basketbolçuların hamısını tanıyıram. Çoxu ilə bir yerdə oynamışam. Digərləri də tələbələrimdir. Bu üzdən hansısa çətinliklə üzləşəcəyimi düşünmürəm. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Təyinatınız necə baş verdi?
- Federasiyadan çağırıb təklif etdilər. Mənə bu postu həvalə etdikləri üçün onlara təşəkkürümü bildirirəm.

- Həmçinin “NTD-İndiqo”nun baş məşqçisisiniz. Eyni anda iki yerdə çalışmağınız çətinlik yaratmayacaq?
- Məncə, heç bir çətinlik olmayacaq. Yığma üzvləri ölkə çempionatında çıxış edirlər, göz önündədirlər. Avropa və ya dünya çempionatının seçmə mərhələ oyunu olanda Azərbaycan çempionatında fasilə yaranır. Bütün basketbolçular barədə məlumatım var, oyunları da izləyirəm.

- Millidə debüt oyununuzu 2024-cü ilin fevralında dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçirəcəksiniz. Həmin matç və turnirlə bağlı hədəfləriniz nələrdir?
- Uzun müddət idi ki, heç bir turnirə qatılmırdıq. Yalnız ötən il C Divizionunda iştirak etdik. Əlbəttə, çətin olacaq. Rəqibləri təhlil etməyə başlamışıq. Heyətimizdə təcrübəli oyunçular var. Ancaq əksəriyyət gənclərdir. Yaxşı kollektiv yaratmağa və İsveçrə ilə oyundan qələbə ilə dönməyə çalışacağıq.

- Azərbaycan basketbolunda son vaxtlar dirçəliş hiss olunur. “Sabah”ın avrokuboklardakı çıxışı da buna sübutdur. Bu amil milliyə necə təsir göstərəcək?
- Əlbəttə, müsbət təsir edəcək. Klublarımıza əcnəbilər cəlb olunur. Yerli basketbolçular da onlarla birgə çıxış edərək təcrübə toplayırlar. Çempionatımızda gərgin rəqabət yaşanır. Bütün bunlar milliyə yalnız köməkdir. Ölkə çempionatında ilk dəfədir ki, 10 komanda iştirak edir. Fikrimcə, bu, indiyə qədər təşkil olunan ən güclü çempionatdır. Bizim oynadığımız vaxt “Qala” və NTD klubları var idi. Ancaq digərləri onların səviyyəsindən uzaq idilər. Bu gün isə turnir cədvəlində 6-7-ci pillələrdə qərarlaşan klublar liderləri büdrədə bilirlər.

- Gündəmdə hansısa basketbolçunun milliləşdirilməsi var?
- Basketbolda yalnız bir əcnəbi millidə çıxış edə bilər. FIBA-nın qərarı belədir. Digər oyunçuların hamısı yerli olmalıdır. Biz də öz basketbolçularımız ilə çıxış edəcəyik.

- Həmin bir əcnəbini müəyyənləşdirmisiniz?
- İki namizəd var, onlardan birini milliyə cəlb edəcəyik. Onlar arasında seçim edəcəyik.

- Əvvəllər hansısa idman növündə eyni anda həm millini, həm də klubu çalışdıran mütəxəssis hər iki komandada eyni heyətə rəhbərlik etməyə çalışıb. Sizin belə bir istəyiniz yoxdur?
- Xeyr, milli üzvlərini eyni kluba yığıb, digər komandaları zəiflətməyə xoş baxmıram. Reqlamentə görə, çempionat matçlarında minimum 2 azərbaycanlı meydançada olmalıdır. Yerli basketbolçular fərqli komandalarda oynasalar, yaxşıdır. Belədə daha çox oynamaq imkanı qazanırlar, təcrübə toplayırlar.

- Baş məşqçisi olduğunuz “NTD-İndiqo”da vəziyyət necədir, cari mövsümlə bağlı hədəfləriniz nələrdir?
- Komandada hər şey yaxşıdır. Bu mövsüm çempionluğa iddialıyıq. Azərbaycanda ən çox ölkə çempionu olmuş komandadır. Liqada rəqabət artsa da, qızıl medal uğrunda mübarizə aparacağıq. Düzdür, “Sabah”, “Xəzri” kimi iddialı komandalar var, “Neftçi” çox güclənib.

- Əsas rəqib kimi hansı komandanı görürsünüz?
- İlk “beşlik”də yer alan digər komandaların adlarını çəkə bilərəm. “Sabah”, “Xəzri” və “Neftçi” ilə yanaşı, “Xırdalan” da yaxşı komandadır. İlk dövrədən sonra komandalar heyətlərini daha da gücləndirəcəklər.

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır