Nicat Abasov: “Ümid edirəm ki, kubok Azərbaycanda qalacaq”

Nicat Abasov: “Ümid edirəm ki, kubok Azərbaycanda qalacaq”

“Hər bir iştirakçı qalib olmağa layiqdir. Ümid edirəm ki, kubok Azərbaycanda qalacaq”.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə qatılan Azərbaycan şahmatçısı Nicat Abasov deyib.

İlk 3 turda 5 xal toplayaraq liderliyə yüksələn 28 yaşlı qrossmeyster əsas mübarizənin qarşıdakı günlərdə olacağını düşünür: “İlk üç turda iki qələbə qazanıb, bir heç-heçə etməyimə baxmayaraq, turnir hələ yeni başlayıb. Qarşıda çətin sınaqlar var. Yəni yarışın cüzi hissəsi geridə qalıb. Növbəti görüşlərə köklənmək lazımdır. Ümid edirəm ki, qatıldığım son iki turnirlə müqayisədə daha müsbət nəticə əldə edəcəyəm”.

Şahmatçı “Vüqar Həşimov Memorial-2023” superturnirinin Qəbələdə təşkil olunmasına da münasibət bildirib: “Vüqarın adını yaşatdıqları və belə mötəbər turnir keçirdikləri üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, yarış Azərbaycanın bölgələrində baş tutur. Ötən il Şuşada, ondan əvvəl isə Şəmkirdə keçirilmişdi. Bu il də Azərbaycanın şahmat xəritəsinə yeni şəhər əlavə olundu. Qəbələ yarışa yüksək səviyyədə ev sahibliyi edir. Şahmatçılar burada özlərini çox yaxşı hiss edirlər”.

Qeyd edək ki, niderlandlı Yorden Van Forestlə bərabərə qalan Nicat Abasov ardından Rumıniya təmsilçisi Rixard Rapport və İsrail şahmatçısı Boris Qelfandı məğlub edib.

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub