PFL rəsmisi: “Almaniyadakı layihə bizim üçün böyük təcrübə oldu”

PFL rəsmisi: “Almaniyadakı layihə bizim üçün böyük təcrübə oldu”

“Almaniyadakı layihə bizim üçün böyük təcrübə oldu”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Almaniyada təşkil olunan “Elite Club Programme” təhsil layihəsi ilə bağlı danışarkən deyib.

PFL rəsmisi Almaniyada olarkən bir sıra seminarlarda iştirak etdiklərini bildirib: “Həm Frankfurtda, həm də Mayntsda olarkən klubların infrastrukturu, idarəetmə modulu və digər məsələlərlə bağlı ətraflı məlumat aldıq. Hər gün müxtəlif stadionlarda təlimlərə qatıldıq. Almaniya Futbol Assosiasiyasında isə bir sıra beynəlxalq nüanslarla tanış olduq”.

Layihənin birinci mərhələsinin Bakıda keçirildiyini xatırladan E.Abbasov bunun onlar üçün səmərəli alındığını söyləyib: “Orada AFFA, PFL rəsmiləri, həmçinin Premyer Liqada iştirak edən hər bir klubun nümayəndəsi beynəlxalq təcrübəni öyrəndilər və gələcəkdə tətbiqi mümkün olan yeniliklərlə bağlı ətraflı məlumatlar əldə etdilər”.

Texniki-idman direktoru modulun 3-cü hissəsinin yenidən Bakıda təşkil olunacağını sözlərinə əlavə edib: “Düşünürük ki, modulun sonunda müvafiq təcrübəni əldə etmiş olacağıq. İnkişaf üçün beynəlxalq təcrübədən istifadə etmək çox vacibdir”.

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb