“Qarabağ” postsovet məkanı klublarının reytinq cədvəlində liderliyi əldən verib

“Qarabağ” postsovet məkanı klublarının reytinq cədvəlində liderliyi əldən verib

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında ikinci yerə düşüb.

“Report” xəbər verir ki, dünyada 84-cü, Avropada isə 49-cu pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik ikinci komandadır.

Bir ay əvvəlki reytinqlə müqayisədə 14 pillə geriləyən Ağdam təmsilçisini 23 addım irəliləyişə nail olan Ukrayna “Şaxtyor”u qabaqlayır.

Azərbaycanın reytinqdəki digər komandalarından “Neftçi” 22-ci, “Sabah” isə 26-cı pillədə yer alıb.

Postsovet məkanı klublarının reytinqdəki yerləri:

1 (dünyada 70-ci). “Şaxtyor” (Donetsk, Ukrayna) – 138,5 xal

2 (84). “Qarabağ” (Azərbaycan) – 131,5

3 (142). “Şerif” (Moldova) - 99,5

4 (193). “Pünik” (Ermənistan) – 84,5

5 (199). RFŞ (Latviya) – 83,5

6 (202). “Dnepr-1” (Ukrayna) - 82,75

7 (203). “Riqa” (Latviya) – 82,5

8 (234). “Zarya” (Ukrayna) – 72

9-10 (253). “Panevejis” (Litva) - 70

9-10 (253). “Urartu” (Ermənistan) – 70

11 (279). “Jalgiris” (Litva) – 66

12 (290). “Dinamo” (Batumi, Gürcüstan) – 65,25

13 (305). “Flora” (Estoniya) – 63,5

14-15 (315). “Neman” (Belarus) – 62

14-15 (315). “Vorskla” (Ukrayna) – 62

16-17 (351). “Krivbass” (Ukrayna) – 58,5

16-17 (351). “Dinamo” (Kiyev, Ukrayna) – 58,5

18 (360). “Torpedo” (Kutaisi, Gürcüstan) – 58

19 (366). “Ararat” (Ermənistan) – 57,75

20 (368). BATE (Belarus) – 57,5

21 (370). “Levadiya” (Estoniya) – 57

22-23 (378). “Neftçi” (Azərbaycan) – 56,75

22-23 (378). “Astana” (Qazaxıstan) – 56,75

24 (380). ÇSKA (Moskva, Rusiya) – 56,5

25 (382). “Dinamo” (Tbilisi, Gürcüstan) – 56

26 (391). “Sabah” (Azərbaycan) – 55,5

Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 172,5 xal olan birincilər 30-cu pilləyə düşüblər. “Qalatasaray” isə 162,5 əmsalla dünyanın 44-cü komandasıdır.

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"