FIFA referisi: “Əliyar Ağayev Çempionlar Liqasının oyununu yüksək səviyyədə idarə etdi”

FIFA referisi: “Əliyar Ağayev Çempionlar Liqasının oyununu yüksək səviyyədə idarə etdi”

“Əliyar Ağayev Çempionlar Liqasının oyununu yüksək səviyyədə idarə etdi və heç bir ciddi səhvə yol vermədi”.

Bunu “QELEBE.AZ”a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov FIFA referisi Əliyar Ağayevin UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyunundakı idarəçiliyinə qiymət verərkən deyib.

O, Belqradda dolu tribunalar önündə iki fərqli hissə alındığını bildirib. FIFA referisinin fikrincə, ilk yarıda tempin yüksək olmaması, “Mançester Siti”nin dominant oyun göstərməsi hakimlər briqadasının işini nisbətən asanlaşdırıb: “Təsadüfi deyil ki, Əliyar ancaq hissənin sonunda sarı vərəqəyə əl atdı. Fasiləyə getdikləri anda “Mançester Siti”nin futbolçusu haqsız olaraq baş hakimlə mübahisəyə girişdi, komanda yoldaşları onu sakitləşdirdilər. Həmin oyunçu orada sarı vərəqəyə layiq idi. Bu, tənqid yox, növbəti oyunlar üçün tövsiyədir. Təcrübəli Pep Qvardiola fasilədə dərhal əvəzetməyə əl ataraq, hakimin haqlı, oyun intizamı ilə yanaşı, referiyə etiraz edilməsinin yolverilməz olduğunu isbatladı. Açıq hiss olunurdu ki, baş məşqçinin fasilədə futbolçularla ciddi söhbətinin nəticəsi kimi, ikinci hissədə mübahisələrə yol vermirdilər. Belə epizodlarda referi psixoloji olaraq öz ağırlığını göstərməlidir”.

Tahir Süleymanov azərbaycanlı hakimlərin görüşün ikinci hissəsində daha çox iş gördüklərini vurğulayıb: “İkinci yarı sürətli, dinamik, “Srvena Zvezda”nın rəqibə təzyiqi ilə başladı. Sürətin, mübarizənin, gərginliyin artmasına Əliyar Ağayev hazır görünürdü. Kobudluqların qarşısı dərhal alınır, epizodlara doğru reaksiya göstərilir, ehtiyac olduqda qətiyyətlə sarı vərəqələrdən istifadə edilirdi. Referinin köməkçiləri ilə sinxron əlaqəsi də təqdirəlayiq idi. İkinci qoldan sonra nisbi sakitlik yaransa da, belqradlılar güclü rəqib qarşısında geri çəkilmirdilər. Bu amil referimizin məsuliyyətini, diqqətini daha da artırırdı. “Srvena Zvezda”nın ilk qolundan sonra tribunaların möhtəşəm dəstəyi ilə meydanda açıq futbol oynanılırdı. Əliyar Ağayev qarşılıqlı hücumlar zamanı epizodlara yaxın olmağa çalışır, oyuna nəzarəti itirmirdi”.

Keçmiş hakim Əliyar Ağayevin 85-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin etməklə doğru qərar qəbul etdiyini söyləyib: “Həmin anda kobudluğa dərhal, inamlı reaksiya verdi. Hər iki komanda və azarkeşlər baş hakimin qərarını birmənalı qəbul etdilər. Hesabda geri düşən serbiyalılar təslim olmaq istəmirdilər və sona kimi mübarizə aparırdılar”.

T.Süleymanov hesab edir ki, Əliyar Ağayev daha yüksək səviyyəli görüşləri idarə etmək iqtidarındadır: “O, artıq təcrübəli hakimdir, belə görüşlər referimizi addım-addım daha yüksək pillələrə yaxınlaşdırır. Əliyarın yaşı imkan verir ki, yaxın illərdə elit hakimlər sırasına daxil olaraq davamlı şəkildə Çempionlar Liqasında, aparıcı millilərin oyunlarında hakimlik etsin, dünya və Avropa çempionatının final mərhələlərinə, Yay Olimpiya Oyunlarına iddiasını göstərsin. Bunun üçün bütün imkanlar var”.

Tahir Süleymanov bu cür idarəçiliyin Azərbaycan hakimlərinin beynəlxalq arenada təyinatlarına da müsbət təsir edəcəyini düşünür: “Çempionlar Liqası daim diqqət mərkəzində olan möhtəşəm turnirdir. Böyük futbolda Azərbaycan adına hakimlərimizin təmsil olunmaları müsbət məqamdır. Daxili çempionatda nə qədər problemlər yaşansa da, beynəlxalq miqyasda onların təyinatlarına qiymət, dəyər verilməlidir. Hakimlərimizin bu səviyyədə təmsil olunmaları avrokuboklardakı komandalarımıza da köməkdir, onlara qarşı hakim səhvlərinin qarşısını nisbətən alır, münasibətləri tənzimləyir. Kompleks şəkildə yanaşıldıqda bunlar ümumi futbolda bir-birinə bağlı məsələlərdir”.

Qeyd edək ki, “Rayko Mitiç” stadionunda keçirilmiş “Srvena Zvezda” – “Mançester Siti” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 1 futbolçusuna sarı vərəqə göstərib.

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Futbol
AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"