“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçıları təsdiqlənib.

Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.

Qadınların yarışında milli komandanın üzvləri – Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.

Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər