Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal qazanıblar.

“Report”un Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Süleyman İsmayılzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 1500 metr məsafəyə sərbəst üsulda 721 balla (16:10,99 göstərici), 400 metr məsafəyə sərbəst üsulda isə 695 balla (04:08,42) Azərbaycan yeniyetmələri arasında yeni rekorda imza atıb.

Digər üzgüçü Oqtay Hüseynov 4:49,32 göstərici ilə 400 metr məsafəyə qarışıq üsulda bütün rəqiblərindən üstün olub. O, 400 metr məsafəyə sərbəst üsulda (4:13,92) isə gümüş mükafata yiyələnib.

Azərbaycana daha bir çempionluğu Səid Həmidov qazandırıb. O, 4:19,64 göstərici ilə 400 metr məsafəyə sərbəst üsulda qızıl medal əldə edib.

Turnirdə mübarizə bu gün davam edəcək.

Qeyd edək ki, millinin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə finala yüksəliblər.

Dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə ilə Əbdürrəhman Rüstəmov batterflyay üzrə 50 və 200 metr, Rəşad Alquliyev isə arxasıüstə üzmə üzrə 100 metrdə qüvvələrini sınayırlar.

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb