İlham Əliyev Xankəndidə idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Xankəndidə idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb - YENİLƏNİB

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

"QELEBE.AZ" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz Xankəndiyə!

İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.

Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm.

x x x

Sonra xatirə şəkli çəkdirildi.

x x x

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.

15:27

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb