“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb - YENİLƏNİB

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Bu barədə "QELEBE.AZ"a Peşəkar Futbol Liqasından məlumat verilib.

Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.

Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.

17:43

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

“QELEBE.AZ”un məlumatına görə, hadisə qarşılaşmanın 81-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Hakimlər və komandalar meydanı tərk ediblər.

Görüşün təxirə salınması gözlənilir.

Futbol
"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Futbol
"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir