Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olublar

Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olublar

"Heydər Əliyev İli" çərçivəsində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “QELEBE.AZ”un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçılar bəlli olub.

Üçüncü yer uğrunda görüşdə "Şərur"u 3:0 hesabı ilə üstələyən "Naxçıvan" bürünc medallara sahib çıxıb.

Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət Filormaniyasının ifaçı və rəqqasları tamaşaçılar önündə konsert proqramı ilə çıxış ediblər. Ümummilli Liderə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib.
Sonra həlledici görüş – final matçı reallaşıb. "Sədərək" - "Culfa" qarşılaşmasında sədərəklilər 3:1 hesabı ilə üstün olmaqla turnirin qalibi olublar. "Culfa" gümüş medallara yiyələnib.

İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən voleybolçulara fəxri fərman verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və federasiyanın baş katibi Rahil Tahirli təqdim ediblər.

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib