Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

"Qarabağ"ın gücü hamıya bəllidir. Komandam meydanda mübarizliyi ilə 90 dəqiqə oyundan qopmadı".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis komandasının layiqli çıxış etdiyini bildirib: "Xal qazanmasaq da, dinamika baxımından komandadan razı qaldıq. "Qarabağ"a qarşı 10 nəfərlə oynayırsansa və hesab açılmayıbsa, heç bir komanda irəli atılmaz. Son dəqiqələrdə bütün gücümüzü ortaya qoyduq".

O, İlkin Qırtımovun birbaşa qırmızı vərəqə aldığı epizoda da toxunub. Baş məşqçi bunun məsuliyyətsizliklə bağlı olmadığını söyləyib: "Hər epizodu belə dəyərləndirmək olmaz. Rövlan Muradov da “qırmızı” alandan sonra hamı yazırdi ki, komandada nəsə baş verir. Bu gün də top uğrunda mübarizədə belə hal yaşandı. İnanmıram ki, İlkin bilərəkdən o hərəkəti etdi. Nizam-intizamı yerində olan futbolçudur".

Baxşıyev "Qəbələ"nin bu mövsüm heç bir oyunda heç-heçə etməməsindən də söz açıb: "Səbail”lə matç heç-heçəyə gedirdi, son dəqiqələrdə qol vurduq. Komandanı daha çox hücumda görmək istəyirəm. Bəzən daha yaxşı alınır. Olmayanda isə uduzuruq".

Mütəxəssis ilk dövrəni 15 xalla 5-ci yerdə başa vurmalarını belə izah edib: "Çıxışımızı xalla dəyərləndirməzdim. Oyundan oyuna komanda daha yaxşı çıxış edir. Getdikcə daha məzmunlu oynayacağımıza inanıram".

O, oyun vaxtı hakimlərə hansısa epizoda görə etiraz etməsinin normal olduğunu vurğulayıb: "Matçın içində olan hallardır. Sərt etiraz etmədim. Sadəcə, fikrimi bildirdim. O da öz cavabını verdi. Hər şey qarşılıqlı anlaşma çərçivəsində oldu".

Baxşıyev hazırda avrokubokları fikirləşmədiklərini əlavə edib: "Daha çox oyun elementlərini yaxşılaşdırmaq istəyirik. Qarşıda 3 dövrə var. İddiamızdan əl çəkməyəcəyik".

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb