İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Rumıniyanın “Sepsi” klubunun italiyalı baş məşqçisi Kristiano Berqodi Türkiyədəki təlim-məşq toplanışında “Qəbələ” ilə keçirilən yoxlama görüşünü dəyərləndirib.

“Report” xəbər verir ki, 59 yaşlı mütəxəssis 2:2 hesabı ilə nəticələnən qarşılaşmada yetirmələrinin performansından razı qalıb.

O, iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, bərabərlik topunu vurduqlarını xatırladıb: “Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq, nəticədən razı qaldım. “Qəbələ” önündə gördüklərimdən məmnunam. Buraxdığımız hər iki qola cavab verə bildiyimiz üçün şadam. Birinci hissədə qoldan sonra üstünlüyü ələ aldıq. Penaltidən buraxdığımız topla geri düşdük. Lakin yenə də ikinci hissədə vəziyyəti dəyişməyi bacardıq. Gündə iki dəfə məşq keçdiyimiz üçün yorğunluq tam gücümüzlə oynamağımıza mane oldu. Futbolçuların matçı zədəsiz başa vurmalarına çox sevinirəm”.

Qeyd edək ki, “Qəbələ” Antalya toplanışında növbəti oyununu yanvarın 14-də Almaniya klubu “Lukenvalde”yə qarşı keçirəcək.

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Futbol
İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb