“Neftçi" İdman Klubu 2023-cü ili yüksək nəticələrlə başa vurur

“Neftçi" İdman Klubu 2023-cü ili yüksək nəticələrlə başa vurur

“Neftçi” İdman Klubu bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib.

"Report" xəbər verir ki, yola saldığımız ildə “Neftçi” İdman Klubunun istifadəsində olan dörd idman qurğusunda: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Məşəl İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə “Neftçi” İdman Klubu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Atam, anam və mən" turizm, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.

2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

“Neftçi” İdman Klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirdə klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.

Futbol
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

Futbol
İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu 34 yaşında vəfat edib