Arsen Venger və Canni İnfantino “Sabah” – “Qarabağ” matçını stadiondan izləyirlər - FOTO
Dünya futbolunun tanınmış simalarından olan Arsen Venger “Sabah” – “Qarabağ” matçını stadiondan izləyir.
Apasport.az xəbər verir ki, fransalı mütəxəssis Misli Premyer Liqası çərçivəsində keçirilən qarşılaşmanı tribunadan canlı izləyir.
Uzun illər İngiltərənin “Arsenal” klubuna rəhbərlik etmiş Venger hazırda FIFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır.
Qeyd edək ki, qarşılaşmanı FIFA prezidenti Canni İnfantino və AFFA prezidenti Rövşən Nəcəf də stadiondan izləyirlər.

https://qalaba.az//uploads/photo/arsen-venger-ve-canni-infantino-sabah-qarabag-matchini-stadiondan-izleyirler-foto.webp