AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı xəbərlərə münasibət bildirib

AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli assosiasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ilə aralarında hər hansı bir danışıq aparılmayıb.

“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmalıdır”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib