Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

"Toplanışın bəhrəsini çempionatda görəcəyik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Rumıniyanın “Petrolul” klubuna 2:3 hesabı ilə uduzduqları yoxlama matçından sonra Peşəkar Futbol Liqasının rəsmi yutub kanalına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsindəki hazırlıq önəmlidir: "Futbolçular istirahətdən sonra ideal formalarından uzaq olurlar. Bura gəlməyimizin səbəblərindən biri ağır məşqlər fonunda oyunlar keçirməkdir. Bu zaman futbolçuların düşüncələri, qərarları vacibdir. Buradakı oyunların nəticəsi bizim üçün o qədər önəmli deyil. Bununla belə, hər matça qalib gəlmək üçün çıxırıq. Bu gün oyunçularımız gümrah olmasalar da, bütün mübarizələrdə qalib gəlməyə çalışırdılar. Hər şey istədiyimiz kimi gedir. Bundan sonra daha 2 yoxlama matçımız olacaq. Bütün futbolçulara şans verməyə çalışacağıq. Onları iş başında görmək istəyirik ki, çempionatda düşdüyümüz vəziyyətə uyğun qərarlar verək. Komandam yaxşı çıxış etdi, qol epizodlarımız oldu. Səhvlərimiz də var idi. Qarşıdakı görüşlərdə daha diqqətli olmalıyıq. Yanvarın 18-dək buradayıq. Çalışacağıq ki, bütün futbolçular ideal formalarına qayıtsınlar".

O, heyətlə bağlı problemlər olduğunu söyləyib: "Cavid Tağıyev xəstələnmişdi. Natan Oduva, Henri Okebuqvu və Runi Eva komandaya bu gün qoşulub. Onları gələn oyun sınaqdan keçirəcəyik. Cavidin oynamaması hücum xəttində bizə çətinlik yaşatdı. Demək olar ki, alternativi yox idi. Məcburiyyətdən Ehtiram Şahverdiyevi həmin mövqedə yoxladıq. Yoxlama oyunları müxtəlif rotasiyalar etməyə imkan verir. "

Yeni transfer Denis Marandiçin ilk oyununda fərqlənməsinə də toxunan baş məşqçi moldovalı müdafiəçinin komandaya tez uyğunlaşdığını vurğulayıb: "Azarkeşlərimiz də transfer gözləyirdi. Rəhbərliklə birlikdə düzgün qərar verməyə çalışırıq və büdcəmizə uyğun hərəkət edirik. Belə bir imkan düşdü və Marandiçi heyətimizə qatdıq. Onu ötən ilin yayından izləyirəm. Moldova yığmasının üzvüdür. Yayda "Turan Tovuz"a keçidi alınmadı, Bosniya və Herseqovina klubuna transfer olundu. Lakin orada az şans əldə etdi. Bacarığına bələdəm. Düzdür, tam hazır deyil. amma sevindirici haldır ki, Cəmi 1 məşdən sonra ilk oyunundaca qol vurdu. Hər şeydən öncə komandaya uyğunlaşması xoşumuza gəldi. Yəqin ki, bu, onun üçün böyük motivasiya olar. Əlbəttə, əsas iş qabaqdadır. İnanıram ki, bizə köməyi dəyəcək və rəqabət aparacaq".

Abbasov hücum xəttinə yeni oyunçu transfer etmək istədiklərini əlavə edib: "Çünki orada ehtiyat qüvvəmiz yoxdur. Alınmasa belə, komandamızı bu heyətlə mübarizə aparmağa kökləyəcəyik".

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

Futbol
Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib