Özbəkistan ağırlıqqaldırma millisi Azərbaycanda təlim-məşq toplanışındadır
Özbəkistan ağırlıqqaldırma millisi Azərbaycanda təlim-məşq toplanışındadır.
“Report”un məlumatına görə, Asiya təmsilçisi bir ay Bakıda hazırlıq keçəcək.
Özbəklər ölkəmizə 14 ağırlıqqaldıranla gəliblər. Onlar arasında Ruslan Nurudinov və Əkbər Curayev də var. Nurudinov Rio-2016, Curayev isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir.
Özbəkistan millisinin Bakıda təlim-məşq toplanışı keçməsində məqsəd fevralda baş tutacaq Asiya çempionatına və yayda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır.

https://qalaba.az//uploads/photo/ozbekistan-agirliqqaldirma-millisi-azerbaycanda-telim-meshq-toplanishindadir.webp











