Azərbaycan Basketbol Liqası: "Sərhədçi" səfərdə bölgə klubuna qalib gəlib
Azərbaycan Basketbol Liqasında X turun daha bir oyunu keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, günün yeganə matçında "Cəlilabad" "Sərhədçi"ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 97:92. Xallarının sayını 13-ə çatdıran "Sərhədçi" 8-ci pilləyə yüksəlib.
Turun əvvəlki matçlarında "Xəzri" "Neftçi"ni (86:84), "NTD-İndiqo" "Sumqayıt"ı (104:95) məğlub edib. "Şəki" - "Xırdalan" və "Gəncə - "Sabah" görüşləri yanvarın 14-də olacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-serhedchi-seferde-bolge-klubuna-qalib-gelib.webp











