Mehdi Hüseynzadə adına stadionda ilk oyundan əvvəl konsert proqramı olacaq

Mehdi Hüseynzadə adına stadionda ilk oyundan əvvəl konsert proqramı olacaq

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyundan əvvəl konsert proqramı olacaq.

“QELEBE.AZ”un əldə etdiyi məlumata görə, fevralın 4-də Premyer Liqanın XXI turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşü öncəsi təxminən yarım saatlıq musiqili proqram təşkil ediləcək.

Həmçinin qarşılaşma üçün bilet satışı da nəzərdə tutulub.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “QELEBE.AZ”un sorğusuna cavabında məlumatı təsdiqləyib. O, müəyyən tədbirlərin nəzərdə tutulduğunu söyləyib: “İstəyirik ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmirdən sonrakı ilk matçda azarkeşlərə əsl bayram əhval-ruhiyyəsi yaşadaq. Konkret necə olacağı, konsert proqramında kimlərin iştirak edəcəyi hələ bəlli deyil. Amma görüşdən əvvəl maraqlı nələrsə etməyi düşünürük”.

Klub rəsmisi bilet satışı ilə bağlı “iTicket”lə razılaşdıqlarını da vurğulayıb: “Bilet satışı ilə bağlı məlumatlar da doğrudur. Ölkənin yeganə onlayn bilet satış platforması olan “iTicket”lə artıq razılaşma əldə etmişik. Yaxın günlərdə bilet satışını elan edəcəyik. Qiymətlər barədə yekun qərar olmasa da, bütün azarkeşlərimizin bizi izləyə bilmələri üçün münasib rəqəmlər nəzərdə tutulacaq”.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol
“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur