Azərbaycan klubunun basketbolçusu: "Sabah" hörmətə layiqdir, amma heç kimdən qorxmuruq"

Azərbaycan klubunun basketbolçusu: "Sabah" hörmətə layiqdir, amma heç kimdən qorxmuruq"

"Hazırkı çempion "Sabah" həmişə xüsusi hörmətə layiqdir, çünki onlar bizim istədiyimizə nail olublar. Ancaq heç kimdən qorxmuruq".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo"nun oyunçusu Qriffin Remmi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan oyunqurucusu heç bir kollektivə əsas rəqib kimi baxmadıqlarını söyləyib: "Sonadək mübarizə aparırıq. Məşqdə tam güclə işləməsək, titul şansımız yoxdur. Amma çalışsaq, çempion olarıq".

O, son matçda "Sabah"a uduzduqları oyuna da toxunub: "Bundan sonra ikili hisslər keçirirəm. Bir tərəfdən qələbə qazana bilmədiyimizə görə məyusuq. Digər tərəfdən oyunda göstərdiyimiz cəsarət və xarakterlə fəxr edirəm. Bu mövsüm üçün böyük gözləntilərimiz var. Hər oyunda rəqibdən asılı olmayaraq, qalib gəlmək şansımızın olduğunu başa düşürük. Bu, bizim üçün yaxşı təcrübə idi".

Qriffin Remmi "Gəncə" ilə növbəti turun görüşündə şanslarından söz açıb: "Mövsümdə çox vacib mərhələ başlayır. Növbəti üç oyun pley-off uğrunda mübarizə baxımından çox vacibdir. Jared və Elşad Şirzadovun yoxluğunda işimiz daha da çətinləşir. "Gəncə" çox təhlükəli rəqibdir. Bu oyuna ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq. Rəqibin turnir cədvəlindəki mövqeyi bizi aldatmamalıdır. Çünki son matçlarda yaxşı təsir bağışladılar. Onların məşqçisi yaxşı iş görür. "Gəncə" çox ciddi rəqibdir".

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”