Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında fərdi mübarizəni iki bürünc medalla başa vurublar. 

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) qalib gələrək bürünc medala sahib çıxıb. 

Daha əvvəl yalnız Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

13:37

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq. 

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Kanada təmsilçisi Kayl Reyesə məğlub olub. 

O, bürünc medal uğrunda görüşdə Toma Nikiforovla (Belçika) üz-üzə gələcək. 

İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

12:42

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində mundialın son qalibi Jorje Fonsekanı (Portuqaliya) məğlub edib. 

Kotsoyev finala gedən yolda kanadalı Kayl Reyeslə üz-üzə gələcək. 

12:01

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib. 

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib.

Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb. Onun növbəti görüşü portuqaliyalı Jorje Fonsekaya qarşı olacaq. 

08:58

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"QELEBE.AZ"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.

İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb