Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib
Azərbaycan millisinin cüdoçusu Uşangi Kokauri oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı ötən gün axşam məşqində zədələnib.
Yığmanın tibbi heyətinin qərarına əsasən milli yığmanın heyətindən çıxarılıb.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisinin-cudochusu-dunya-chempionatindan-evvel-zedelenib.webp











