"Qəbələ"nin türkiyəli məşqçisi: "Təklif gələndə tərəddüd etmədən razılaşdım"

"Qəbələ"nin türkiyəli məşqçisi: "Təklif gələndə tərəddüd etmədən razılaşdım"

"Təklif gələndə tərəddüd etmədən razılaşdım".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ"yə məşqçi təyin edilmiş Çağlar Volqa deyib.

Türkiyəli mütəxəssis əvvəllər Azərbaycanda və "qırmızı-qaralar"da işləyən dostlarından xoş sözlər eşitdiyini bildirib: "Ötən il ölkə kubokunu qazanmış, dost və qardaş ölkəmiz Azərbaycanın dəyərli "Qəbələ" klubu ilə müqavilə imzaladığım üçün məmnunam, fəxr edirəm. Azərbaycanda çalışmış Fatih Kavlakın vasitəsi ilə əlaqə yaratdıq. Açığı, mənə də maraqlı idi".

Çağlar Volqa Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu söyləyib: "Burada mənə göstərilən hörmətdən, diqqətdən çox məmnunam. Mənə bu fürsəti yaratdıqları üçün klub prezidenti Fariz Nəcəfova, idman direktoru Səbuhi Səfiyarlıya təşəkkürümü bildirirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı bildirirəm".

Qeyd edək ki, Çağlar Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb