"Səbail” daha bir futbolçunun keçidini rəsmiləşdirib
"Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş heyətə cəlb olunub.
Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.

https://qalaba.az//uploads/photo/sebail-daha-bir-futbolchunun-kechidini-resmileshdirib.webp











